eSIM & Connectivity

eSIM-lə bağlı 10 geniş yayılmış problem və onların həlli

Emma WilsonEmma Wilson
25 Avqust, 20265 dəq oxuma

eSIM-lə bağlı 10 geniş yayılmış problem və onların həlli

Səyahət eSIM-i quraşdırmısan, lakin internetə qoşula bilmirsən? Narahat olma. Problem, adətən, eSIM-in özündən deyil, cihazın şəbəkə sazlamalarından və ya aktivləşdirmə qaydalarından qaynaqlanır.

Aşağıda eSIM istifadəçilərinin ən çox qarşılaşdığı 10 problemi və onların həlli yollarını izahını tapa bilərsən.

1. eSIM cihazda quraşdırılmır

Quraşdırma başlamırsa, səbəb cihaz uyğunsuzluğu, mobil operator məhdudiyyəti və ya zəif internet bağlantısı ola bilər.

Nə etmək olar?

  • Telefonunun eSIM texnologiyasını dəstəklədiyini yoxla.
  • Cihazının mobil operator tərəfindən kilidlənmədiyinə əmin ol.
  • Sabit Wi-Fi şəbəkəsinə qoşul.
  • Əməliyyat sistemini yenilə.
  • Telefonunu yenidən başladaraq quraşdırmanı təkrarla.

Bəzi cihazlarda saxlanıla bilən eSIM profillərinin sayı məhduddur. Limitə çatmısansa, artıq istifadə etmədiyin profillərdən birini silməli ola bilərsən.

2. QR kod tanınmır

Kamera QR kodu oxumursa, kodun keyfiyyəti aşağı, görüntüsü natamam və ya daha əvvəl istifadə olunmuş ola bilər. Bir çox eSIM QR kodu yalnız bir dəfə quraşdırma üçün nəzərdə tutulur.

Nə etmək olar?

  • QR kodun tam və aydın göründüyünə əmin ol.
  • Ekranın parlaqlığını artır və kameranın obyektivini təmizlə.
  • İnternet bağlantısını yoxla.
  • Təqdim olunubsa, quraşdırma məlumatlarını əl ilə daxil et.
  • Kod daha əvvəl istifadə olunubsa, provayderin dəstək komandası ilə əlaqə saxla.

3. Aktivləşdirmə tamamlanmır

Quraşdırmadan sonra eSIM-in uzun müddət Activating statusunda qalması hər zaman problem sayılmır. Bəzi səyahət eSIM-ləri yalnız planın əhatə etdiyi istiqamətdə tərəfdaş şəbəkəyə qoşulduqda aktivləşir.

Nə etmək olar?

Hələ səyahət edəcəyin ölkəyə çatmamısansa, aktivləşdirmənin tamamlanmasını gözlə. Artıq təyinat yerindəsənsə:

  • uçuş rejimini açıb yenidən söndür;
  • eSIM xəttini deaktiv edib təkrar aktivləşdir;
  • cihazını yenidən başlat;
  • şəbəkə seçimini avtomatik rejimə keçir.

Planın istifadə müddətinin nə vaxt (quraşdırma, alış və ya ilk şəbəkə bağlantısı zaman)ı başladığını da əvvəlcədən yoxla.

4. Telefon şəbəkə tapmır

Ekranda No Service və ya Searching yazısı görünürsə, cihaz dəstəklənən yerli şəbəkəyə qoşulmamış ola bilər.

Nə etmək olar?

  • Planın olduğun ölkəni əhatə etdiyinə əmin ol.
  • Şəbəkə seçimini Automatic rejiminə keçir.
  • Avtomatik seçim nəticə vermirsə, planın dəstəklədiyi operatorlardan birini əl ilə seç.
  • Daha güclü siqnal olan əraziyə keç.
  • Uçuş rejimini qısa müddətə aktivləşdirib söndür.

Bəzi məkanlarda, xüsusilə hava limanı, metro və qapalı ərazilərdə şəbəkəyə qoşulma daha uzun çəkə bilər.

5. Şəbəkə görünür, amma internet işləmir

Telefon yerli operatorun şəbəkəsinə qoşula bilər, lakin mobil internet üçün əsas xətt kimi başqa SIM kart seçilmiş ola bilər.

Nə etmək olar?

  • eSIM xəttinin aktiv olduğunu yoxla.
  • Mobil internet üçün eSIM-i əsas xətt kimi seç.
  • Mobil datanı söndürüb yenidən aktivləşdir.
  • Cihazın avtomatik olaraq digər SIM karta keçməsinə imkan verən data switching funksiyasını deaktiv et.
  • Əsas SIM kartında data rouminqinin bağlı olduğuna əmin ol.

Bu yoxlama gözlənilməz rouminq xərclərinin qarşısını almağa da kömək edir.

6. Data Roaming aktiv deyil

Səyahət eSIM-ləri çox vaxt internet bağlantısını yerli tərəfdaş şəbəkələr vasitəsilə təqdim edir. Buna görə eSIM xəttində Data Roaming funksiyasının aktiv olması tələb oluna bilər.

Nə etmək olar?

Telefonunun mobil şəbəkə sazlamalarından səyahət eSIM-ini seç və Data Roaming funksiyasını aktivləşdir.

Bu funksiyanı əsas SIM kartında yox, məhz səyahət eSIM-ində açdığından əmin ol.

7. APN sazlamaları yanlışdır

APN cihazın hansı mobil internet şəbəkəsinə və necə qoşulacağını müəyyənləşdirir. Əksər eSIM-lərdə bu məlumat avtomatik əlavə edilir, lakin bəzi planlarda onu əl ilə daxil etmək lazım gəlir.

Nə etmək olar?

  • Provayder tərəfindən təqdim edilən APN məlumatını yoxla.
  • APN adını heç bir dəyişiklik etmədən daxil et.
  • Tələb edilmirsə, istifadəçi adı və şifrə bölmələrini boş saxla.
  • Dəyişiklikləri yadda saxlayaraq eSIM xəttini yenidən aktivləşdir.

APN məlumatını özün təxmin etmə. Yanlış məlumat bağlantının tamamilə dayanmasına səbəb ola bilər.

8. İnternet sürəti zəifdir

İnternetin zəif işləməsi hər zaman eSIM-də nasazlıq olduğunu göstərmir. Sürət yerli şəbəkənin əhatə dairəsinə, istifadəçi sıxlığına, yerləşdiyin əraziyə və planın şərtlərinə görə dəyişə bilər.

Nə etmək olar?

  • Daha güclü siqnal olan yerə keç.
  • Uçuş rejimini açıb yenidən söndür.
  • Planın dəstəklədiyi alternativ şəbəkəni sına.
  • Arxa fondakı yükləmələri və yeniləmələri dayandır.
  • Data limitinin bitib-bitmədiyini yoxla.

Sürətin yalnız müəyyən saatlarda zəifləməsi yerli şəbəkədəki istifadəçi sıxlığı ilə bağlı ola bilər.

9. Data paketi tez tükənir

Video izləmək, sosial mediadan istifadə etmək, bulud sinxronizasiyası və internet paylaşımı data sərfiyyatını nəzərəçarpacaq dərəcədə artıra bilər.

Nə etmək olar?

  • Low Data Mode və ya Data Saver funksiyasını aktivləşdir.
  • Tətbiqlərin arxa fonda data istifadəsini məhdudlaşdır.
  • Foto və videoların buluda avtomatik yüklənməsini dayandır.
  • Sistem və tətbiq yeniləmələrini Wi-Fi bağlantısına saxla.
  • Video keyfiyyətini aşağı sal.
  • Hotspot funksiyasını istifadə etmədikdə deaktiv et.

Data limitin bitibsə, yeni plan almaq və ya mümkün olduğu halda mövcud planı yeniləmək lazım gələcək.

10. Hotspot funksiyası işləmir

Telefonunda mobil internet işləsə də, bağlantını digər cihazlarla paylaşmaq mümkün olmaya bilər. Bunun səbəbi cihaz sazlamaları və ya plan üzrə hotspot istifadəsinə qoyulan məhdudiyyət ola bilər.

Nə etmək olar?

  • Planın internet paylaşımını dəstəklədiyini yoxla.
  • Mobil internet üçün eSIM xəttinin seçildiyinə əmin ol.
  • Hotspot funksiyasını söndürüb yenidən aktivləşdir.
  • APN məlumatlarını yoxla.
  • Həm telefonunu, həm də qoşulmaq istədiyin cihazı yenidən başlat.

Bütün sazlamalar doğru olduğu halda funksiya işləmirsə, hotspot istifadəsi seçdiyin plan daxilində məhdudlaşdırılmış ola bilər.

Vacib: eSIM profilini dərhal silmə

Bağlantı problemi yarandıqda eSIM-i silib yenidən quraşdırmaq ən sürətli həll kimi görünə bilər. Lakin bəzi eSIM profilləri və QR kodlar yalnız bir dəfə istifadə üçün nəzərdə tutulur. Profili sildikdən sonra onu eyni məlumatlarla yenidən quraşdırmaq mümkün olmaya bilər.

Əvvəlcə bu əsas məqamları yoxla:

  • eSIM xətti aktivdirmi?
  • Mobil internet üçün doğru xətt seçilibmi?
  • Data Roaming aktivdirmi?
  • APN məlumatları düzgündürmü?
  • Plan hələ qüvvədədirmi və data limitin qalıbmı?

Problem davam edərsə, eSIM-i silməzdən əvvəl dəstək komandası ilə əlaqə saxla.

Əvvəl yoxla, sonra yola davam et

eSIM problemlərinin əksəriyyəti bir neçə əsas sazlamanın düzgün seçilməməsi ilə bağlı olur. Xətti, şəbəkəni, Data Roaming və APN məlumatlarını ardıcıllıqla yoxlamaq bağlantını bərpa etmək üçün çox vaxt kifayətdir.

Wayro planınla bağlı əlavə köməyə ehtiyacın olarsa, dəstək komandası problemin səbəbini müəyyənləşdirməyə və uyğun həll yolunu tapmağa kömək edə bilər.

Bağlantı ilə bağlı suallar səni yolundan saxlamasın. Wayro dəstək komandası ehtiyac duyduğun anda həll yolu tapmaq üçün hər zaman yanında olacaq!

 

Take Wayro wherever you go

Download the app to manage your eSIMs, track data usage, and get instant support on the go.

Təyinatları kəşf edin